23.7 C
Bakı
29 İyun 2026 01:45
CəmiyyətKriminal

Korrupsiya İdarəsi Yevlaxda əməliyyat keçirdi – Sabiq rəis həbs olundu

 

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib, Yevlax rayon qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyev həbs olunub.

 

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

 

Bildirilib ki, istintaq zamanı Elşən Quliyev qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərə ad və soyadı dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində 4 min manat pul vəsaitini rüşvət almaqda, həmçinin təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumlarının ölkədən çıxışına qoyduğu qadağanın götürülməsi müqabilində 8 min manat pul almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə şübhəli bilinib.

 

“E. Quliyev şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddələri ilə ittiham elan edilməklə, barəsində istintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir”, – məlumatda deyilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bank of Baku vəfat etmiş qazinin anasından borc tələb etdi- “Oğlunuzun borcunu ödəyin ki, o dünyada da onu inkir-minkir narahat etməsin”

redaktor

Nurlan Libre barəsində həbs qətimkan tədbiri seçildi

admin

Xalq artisti Prezidentin bağışladığı evə köçə bilmir – Səbəb nədir?

redaktor