19 C
Bakı
10 Oktyabr 2026 13:45
İdman

UEFA-dan “Qarabağ”a SƏRT XƏBƏRDARLIQ: “Bir daha təkrarlanmasın!”

UEFA “Qarabağ”a ciddi xəbərdarlıq edib.

 

Tacxeber.comxəbər verir ki, buna səbəb Avropa Liqasının pley-off mərhələsində keçirilən “Qarabağ” – “Braqa” matçı üçün qeydiyyatdan keçən bloqqerlərin qaydalara ziddi olaraq çəkilişlər etməsidir.

 

Qitə futbol qurumu nəticədə Ağdam klubuna xəbərdarlıq edib.

 

Bununla bağlı açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumatı təsdiqləyib: “UEFA-nın çəkiliş üçün qaydaları var. Qapı arxasındakı ərazi sırf fotoqrafların çəkilişi üçün nəzərdə tutulub. Amma bloqqerlər bizdən fotoqraf akkrediyasiyası alıb orda videoçəkiliş edirlər. Bunu etməməlidirlər. Çünki çəkiliş hüququna sahib olan media şirkətləri var. Onların müqavilələri var və başqaları çəkiliş etməməlidir. Klubun özü belə yalnız 24 saat sonra video paylaşa bilər.

 

UEFA da bununla bağlı bizə xəbərdarlıq etdi, amma hər hansı cərimələmə olmayıb. Son oyunumuzda bəzi qayda pozuntuları olub. “Qarabağ” – “Braqa” matçındakı nümayəndələr də bizə irad bildirdilər. Növbəti oyunda bunu nəzərə alacağıq”.

Tacxeber.com

Oxşar xəbərlər

Əli öz sekundantına: “Mən heç vaxt ölümə bu qədər yaxın olmamışam”

admin

Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”

admin

Ronaldo yığmanın düşərgəsini tərk edib?

admin