CəmiyyətGündəm

Bu nə biabırçılıqdır?! – Valideyn övladına kitab aldı, peşman oldu – FOTO

Azərbaycanda ana övladına kitab almasına peşman olub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə sosial şəbəkə səhifələrindən birində məlumat paylaşılıb.

 

Belə ki, valideynlərdən biri “Libraff” mağazalar şəbəkəsindən aldığı kitabda azyaşlılar üçün uyğun olmayan mövzuların yer aldığını bildirib:

 

“Bu nə biabırçılıqdır?! Bu kitabı “8-9 yaşına uyğundur” dediklərinə görə almışam. İçərisinə baxıram ki, lezbiyanlığı, geyliyi, aqressiyanı, içkini və daha nələri təbliğ edirlər. Bəlkə də elə valideynlər var ki, baxmadan, satıcının məsləhəti ilə alır. Uşaqlarımızın gələcəyini korlayırlar” , – deyə valideyn əlavə edib.

 

Qeyd edək ki, söhbət ingilis yazıçısı Jaklin Vilsonun “Love Frankie” uşaq romanından gedir. Roman müəllifin homoseksual sevgi hekayəsini əks etdirən ikinci əsəridir.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstana qarşı oynacaq

redaktor

Qarabağın erməni sakinlərinin “Laçın” SBM-dən sərbəst keçidini sübut edən növbəti görüntülər – VİDEO

redaktor

Geosiyasi dəyişikliklərin turbulentliyi| Enerji böhranının dərinləşir, müharibənin vaxtı uzanır

admin