19 C
Bakı
10 Oktyabr 2026 04:01
Cəmiyyət

Bakıda “Polat Alemdar”ın nömrəsi ilə maşın sürdü, saxlanıldı – Foto

Radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslər məsuliyyətə cəlb olunacaq.

 

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avtomobilinin ön şüşəsinə həmin nəqliyyat vasitəsinə aid olmayan saxta nömrə nişanları yerləşdirərək xüsusi texniki vasitələrin iş prinsipini pozmağa cəhd edən sürücülər DYP əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.

 

Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək qeyd olunan əməlin qanunvericiliyə zidd olduğunu bildirir və belə hallar aşkarlandığı təqdirdə ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırır.

 

Qeyd edək ki, şəxsin avtomobilin ön şüşəsinə yerləşdirdiyi nömrə “Kurtlar Vadisi” serialında Polad Alemdar obrazına aid idi.

Tacxeber.com

Oxşar xəbərlər

Din – Siyasətdir…

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor

Hicab davası: Allahın əmri, qadının seçimi, yoxsa siyasət?

redaktor