19 C
Bakı
10 Oktyabr 2026 13:58
Cəmiyyət

Emin Həsənli Müdafiə Nazirliyini məhkəməyə verdi

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Həsənli Emin Əliyar oğlu Müdafiə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.


Tacxeber.com verir ki, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsində hakim Şərafət Məmmədovanın icraatına verilib.
Məhkəmə iddiasının hərbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr ilə əlaqəli olduğu bildirilir.


Emin Həsənli

Qeyd edək ki, Müdafiə Nazirliyinə qarşı məhkəmə iddiası qaldıran Emin Həsənli eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvdür. Daha əvvəl isə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü olub. Emin Həsənli həm də “Hərbi And” qəzetinin baş redaktorudur.

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin

Bəs cəmiyyət niyə bu vəziyyətdədir?

redaktor

Din – Siyasətdir…

redaktor