Siyasət

İqor Korotçenko: Seçkilərin Qarabağda da keçirilməsi mühüm əhəmiyyət kəsb edir

İqor Korotçenko: Seçkilərin Qarabağda da keçirilməsi mühüm əhəmiyyət kəsb edir

 

Beynəlxalq müşahidəçilər seçki məntəqələrində monitorinqi davam etdirir.

 

7 saylı Səbail Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində olan rusiyalı ekspertlər seçki prosesini izləyiblər.

 

 

Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri, hərbi ekspert İqor Korotçenko APA-ya açıqlamasında bugünkü seçkinin Azərbaycan üçün çox önəmli hadisə olduğunu vurğulayıb.

 

“Bu seçki Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət kəsb edir. Ona görə ki növbədənkənar prezident seçkiləri Azərbaycanın bütün ərazisində, o cümlədən, Qarabağda keçirilir”, – deyib.

 

Ekspert növbədənkənar prezident seçkilərini Azərbaycanın gələcək həyatı üçün vacib vektor adlandırıb: “Bu mənada, Azərbaycan xalqı seçkilərdə fəal iştirak edir”.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail hökuməti “erməni soyqırımı”nı nə üçün tanıdı?

redaktor

Bu qərarın kiməsə xeyrini görmürəm…

redaktor

İsrail nəinki tarixdə ən israilpərəst ABŞ prezidentini, ümumiyyətlə, ABŞ-ı itirir

redaktor