21 C
Bakı
09 Oktyabr 2026 12:47
Dünya

Ukraynada qarşıdurma böyüyür: Kliçko Zelenskiyə qarşı çıxdı, Zalujnını  müdafiə etdi

 

Kiyev meri Vitali Kliçko Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının gözlənilən istefasına qarşı olduğunu bildirib və hakimiyyəti siyasi intriqalara son qoymağa çağırıb.

 

Tacxeber.com xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.

Kliçko qeyd edib ki, “ictimaiyyət prezidentin Zalujnını devirmək planları ilə bağlı vəziyyətin necə bitəcəyini müzakirə edir və səbirsizliklə gözləyir”.

 

“Təəssüf ki, siyasətin sağlam düşüncə və dövlətin mənafeyindən üstün ola bildiyi məqam yetişib”, – deyə o yazıb.

 

“Və bu məqam Zalujnidən asılı deyil. Ümid edirəm ki, hakimiyyət indi atdıqları addımların ciddiliyini və məsuliyyətinin bütünlüyünü başa düşəcək”, – Kliçko əlavə edib.

Kiyev meri qeyd edib ki, hökumətin hərəkətləri ordunun döyüş qabiliyyətinin və cəmiyyətin birliyinin gücləndirilməsinə yönəlməlidir.

 

“Dəyişikliklərlə bağlı eyhamlar buna yönəlibmi? Cəmiyyət əmin deyil və buna diqqət yetirilməli, nəhayət, siyasi intriqalara, daxili mübarizələrə son qoyulmalıdır”, – deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor