26 C
Bakı
19 Avqust 2026 22:56
DünyaSiyasət

“Hollandiya hökuməti “Facebook”dan imtina etməyi düşünür”.

Hollandiya hökuməti platformanın məlumatların təhlükəsizliyini necə idarə etdiyinə dair ciddi narahatlıqlara görə “Facebook”dan tamamilə imtina etməyi düşünür.

 

Bu barədə “De Telegraaf” qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, bu mövzuda “Meta” ilə aparılan danışıqlar istənilən nəticəni verməyib. Buna görə də hakimiyyət bütün hökumətə təsir edəcək “Facebook” qadağası üçün hazırlıqlara başlayıb.

 

Qeyd edək ki, daha əvvəl Hollandiya hökuməti Çin platformasından casusluq qorxusu ilə əlaqədar rəsmilərinə “TikTok”dan istifadəni qadağan etmişdi. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər

İlham Əliyev həqiqətən Putindən qorxur?

redaktor

Donald Trampın uda bilmədiyi CNN-i Azərbaycan uda bilərmi?

redaktor

Azərbaycanda doğum azalır, ölüm artır

redaktor