20 C
Bakı
10 Oktyabr 2026 18:07
Dünya

İrəvanda Rusiyaya məxsus abidəni ləkələyən şəxs sərhəddə SAXLANILDI

 

İrəvanda “mühasirədə olan Leninqrad uşaqları” abidəsini ləkələyən Samvel Şirinyan Ermənistandan qaçmağa çalışarkən saxlanılıb.

Tacxeber.comxəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, abidəni ləkələyən və Rusiya bayrağını tapdalayan Şirinyan Ermənistanı tərk etmək istəyərkən Gürcüstanla sərhəddə yerləşən “Baqrataşen” sərhəd keçid məntəqəsində saxlanılıb.

Qeyd edilib ki, hazırda o, Ermənistanın İstintaq Komitəsindədir.

Xatırladaq ki, 2 gün öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Qarabağda etnik təmizləmə faktlarının olmaması ilə bağlı söylədiklərdən qəzəblənən şəxs ötən gün İrəvandakı “mühasirədə olan Leninqrad uşaqları” abidəsini dağıdıb.
O, abidə önünə qoyulan əklilləri aşırıb, Rusiya bayrağını tapdalayıb.

Tacxeber.com

Oxşar xəbərlər

22 yaşlı Çarli Cons 9 yaşlı həyat yoldaşı Yunis Uinsted ilə. 19 iyun 1937-ci il, ABŞ

redaktor

Moskva son illərdə ən böyük dron hücumlarından birinə məruz qalıb

redaktor

Yəməndə dəyişən hərbi-siyasi vəziyyət “Məkkə sazişi”ni ilk ciddi sınaq qarşısında qoyur

redaktor