20 C
Bakı
10 Oktyabr 2026 16:31
Dünya

İran hərbçiləri Fars körfəzində yanacaq daşıyan tankeri ələ keçirib – KİV

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) dəniz qüvvələri Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan tankeri ələ keçirib.
Tacxeber.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, İran hərbçiləri məhkəmənin qərarı ilə 2 milyon litr qaçaqmal yanacaq olan gəmini ələ keçiriblər.
“İslam Respublikasının hüquq-mühafizə orqanları 14 ekipaj üzvünü saxlayıb”, – agentliyin məlumatında deyilir.
İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri general Heydər Henaryan Meqradın sözlərinə görə, Okeaniya dövlətlərindən birinin bayrağı altında üzən gəmi yanacaq doldurulduğu andan kəşfiyyat nəzarəti altında olub və əməliyyat zonasına daxil olduqdan sonra ələ keçirilib.

Tacxeber.com

Oxşar xəbərlər

22 yaşlı Çarli Cons 9 yaşlı həyat yoldaşı Yunis Uinsted ilə. 19 iyun 1937-ci il, ABŞ

redaktor

Moskva son illərdə ən böyük dron hücumlarından birinə məruz qalıb

redaktor

Yəməndə dəyişən hərbi-siyasi vəziyyət “Məkkə sazişi”ni ilk ciddi sınaq qarşısında qoyur

redaktor