Kriminal

Azərbaycan Ordusunun zabiti qətlə yetirildi – Saxlanılan var

Azərbaycan Ordusunun zabiti qətlə yetirildi - Saxlanılan var

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevun ölüm faktı barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub.

Tacxeber.com xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib,  iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

İlkin istintaqla, ordumuzun zabiti A.H.Abdullayevin digər zabit Nizami Eynulla oğlu Abdullayev tərəfindən aralarında yaranmış mübahisə zəminində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə məşhurlara qarşı gecə əməliyyatı: Özcan Deniz və Deniz Çakır saxlanılıb

admin

Ötən gün Almaniyada bütün məktəblər, tədris, müəllim, şagirdlər, valideyinlər stress keçiriblər

redaktor

Təcridxanada insident: Cavid Güləliyev qadın məhbusları təcavüzlə hədələdi

redaktor