Dünya

“Qarabağda sülhməramlıların yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur” – Lavrov

“Qarabağda sülhməramlıların yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur” - Lavrov

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Ermənistana aidiyyatı yoxdur.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirilən mətbuat konfransında “Report”un ABŞ bürosunun sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu, Moskva ilə Bakının öz arasında olan məsələdir.

“Qarabağı hər kəs Azərbaycan ərazisi kimi tanıyıb. Bizim orada faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil, bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan məsələdir”, – nazir vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Ukrayna Rusiyaya təxminən 64 min dron atıb

redaktor