Cəmiyyət

“Mədəkiçiltmə əməliyyatı etdirmək intihar etmək kimidir” – Həkim

“Mədəkiçiltmə əməliyyatı etdirmək intihar etmək kimidir” - Həkim

“Xanımlar, dəyərinizi bilin. Yeyib-içib, kökəlib sonra da bıçağı verirsiz cərraha ki, “Al, mənim mədəmi kəs tulla, bu da üstündə neçə min pul”.

Tacxeber.comxəbər verir ki, bu fikirləri pediatr Aytən İsmayılzadə öz sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, mədəkiçiltmə əməliyyatı etdirmək intihar etmək kimidir: “Pulu veririk ki, mədəmizi kəsdirib özümüzü yarımcan edək. Öz kefimizdən sağlamlığa cavabdeh olan bir yerimizi kəsirik”.

Pediatr hesab edir ki, problem mədənin böyük olmasında deyil:

“Problem bizim zehnimizdədir. Hər nədən ötrü, əsəbdən, zövqdən və.s ötrü yemək… O zehinlə ki, özümüzü kiçik görürük. Heç bircə hüceyrə yarada bilmədiyimiz halda o boyda vacib orqanı hissə-hissə edib atırıq zibilə”.

Tacxeber.com

Oxşar xəbərlər

“Yaxşı oyun olacağına inanıram” – “Sabah”ın futbolçusu

admin

İsrail mütəxəssisləri Azərbaycanın tarixi abidələrini araşdırıblar

admin

Bir deputat mandatını çox görən hakimiyyət prezident kürsüsünü seçkiyə çıxararmı?

redaktor