Dünya

Dunya Miyatoviç Avropa Şurasına Azərbaycanla bağlı ÇAĞIRIŞ ETDİ

 

Avropa Şurası Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün çalışmalıdır.

Tacxeber.com report-a istinadən xəbər verir ki, bu fikirləri Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün işə başlayan qış sessiyası zamanı bildirib.

“Tövsiyəm budur ki, Avropa Şurası iki ölkə arasında sülhün yaranması üçün fəaliyyəti gücləndirsin”, – komissar deyib.

D.Miyatoviç vurğulayıb ki, hər iki tərəf etnik mənşəyindən, millətindən asılı olmayaraq insan hüquqlarına hörmət əsasında sülhün bərpası üçün çalışmalıdır.

“Beynəlxalq təşkilatların fəaliyyəti yalnız o zaman effektiv olar ki, hər iki tərəf əməkdaşlıq etsin və sülh üzərində birgə işləsin”, – komissar əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya-Ukrayna münaqişəsində nə baş verir

redaktor

Bu onun ilk və son dəfə təyyarəyə minməyi idi

admin

İsrail hökuməti qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməni təsdiqləyib

redaktor