20 C
Bakı
10 Oktyabr 2026 03:27
Dünya

Avropalı deputatdan İsrail haqda şok ifadə: “Qərbin buldoqudur”

Avropa Parlamentinin (AP) irlandiyalı üzvü Kler Deyli İsraili “Qərbin buldoq iti” adlandırıb.

Tacxeber.comxəbər verir ki, Deyli Yəməndə İranın dəstəklədiyi husilərin hücumlarına Avropa Birliyinin cavabı ilə bağlı parlament müzakirələrində danışıb. O, AB-nin İsrail əvəzinə Yəmən üçün qərar qəbul etmə cəhdinə fikir bildirib:

“AB-nin mənəvi səlahiyyəti yoxdur. Hər gün getdikcə daha çox maskalar düşür. Qərbin buldoqu olan İsrail Haaqada soyqırımla mühakimə olunarkən, onun işbirlikçi AB ölkələri və sözdə həmfikir tərəfdaşlarımız ABŞ və İngiltərə BMT razılaşmasını pozaraq Yəmənə qarşı qeyri-qanuni, əsassız hücumlar həyata keçirir”.

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın logistik savaşı: Limanlardan relslərə qədər uzanan böhran

redaktor

Zelenski: Ukrayna komandası ABŞ-da cəbhə kimi istifadə olunur ki, bu da, şübhəsiz ki, ədalətsizdir

redaktor

Ruanda tribunalının prezidentinə Nobel Sülh mükafatı verildi

redaktor