19 C
Bakı
10 Oktyabr 2026 23:08
Cəmiyyət

Sibel Can Şəhidlər xiyabanında: “Allah bizə elə anları bir də yaşatmasın” – VİDEO

 

Türkiyəli məşhur müğənni Sibel Can Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Tacxeber.com xəbər verir ki, o, iş adamı Ruhiyyə Əliyeva ilə birgə Şəhidlər xiyabanına gəlib. Kövrək anlar yaşayan ifaçı Bakıdakı “Türk şəhidliyi” abidəsinə də baş çəkib.

Müğənni jurnalistlərə açıqlamasında 20 Yanvar faciəsinin heç zaman unudulmayacağını dilə gətirib:

“Mütləq ziyarət etməli idim. Yoxsa rahat olmazdım. Allah bizə elə anları bir də yaşatmasın. Ruhları şad olsun. Heç vaxt unudulmayacaqlar.

Dostum Ruhi xanımın sayəsində ziyarətim baş tutdu. Bakıya gələndə fürsət düşdükcə belə ziyarətlərimin olmasını istəyirəm. Bu, çox ağırdır. Hər birinin məkanı cənnətdir”.

“Əbədi acıdır. Acı unudulmur, getdikcə böyüyür. Bir qədər öncə şəhidlərdən birinin yaxınını gördüm. Çox pis oldum. Arzum budur ki, heç zaman qan tökülməsin. Müharibə olmasın. Ruhları şad olsun”, – deyə sənətçi sonda əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə siqaretləri yalnız pasportla satmaq istəyir

redaktor

Pensiya kapitalın 5 faizi də belə gedir…

redaktor

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin