Hadisə

Elektrikə qoşulu adapter partladı, şagirdin əlləri qopdu

Elektrikə qoşulu adapter partladı, şagirdin əlləri qopdu

 

İrkutsk vilayətində elektrikə bağlı olan şarj cihazının partlaması nəticəsində yeddinci sinif şagirdinin əlləri qopub.

Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, Zalarinski rayonunun Tiret kəndində 14 yaşlı məktəbli qız ağır yaralanıb. Qız mətbəxdə stol arxasında oturub telefonla oynayırmış. Bu zaman valideynlər o biri otaqda olublar. Qəfil elektrikə qoşulu olan şarj cihazı partlayıb.

Mətbəxə qaçan ana və ata qızlarının qan içində olduğunu görüblər, o, ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilib. Əllərinin travmatik amputasiyası ilə yanaşı, qızın bədənində çoxsaylı kəsiklər də olub. Həkimlər onun əlindən bir neçə plastik parça çıxarıblar.

Həkimlər qızın həyatı üçün mübarizə apararkən, polis “Yetkinlik yaşına çatmayanın sağlamlığına qəsdən ağır zərər vurma” maddəsi ilə iş açıb. Təqsirli bilinənləri on ilə qədər həbs gözləyir.

Tacxeber.com

Oxşar xəbərlər

“Bravo” 80 qəpiklik qatığa görə 4 min manat cərimələndi

redaktor

Sumqayıtda baş mühəndisin əhaliyə göndərdiyi bildiriş səs-küyə səbəb oldu – VİDEO

redaktor

Moskvada teraktı törədənlərin hamısı Rusiya vətəndaşıdır

redaktor