Dünya

“Google” yüzlərlə əməkdaşını işdən çıxardı

“Google” müxtəlif departamentlərdən yüzlərlə işçini çıxardığını bildirib.

Tacxeber.com xəbər verir ki, “Google” tərəfindən edilən açıqlamada yüzlərlə işçinin texniki, səs köməkçisi və mühəndislik bölmələri kimi müxtəlif departamentlərdən ixtisar edildiyi bildirilib.

Açıqlamada investisiyaların şirkətin əsas prioritetlərinə yönəldiləcəyi qeyd edilib: “Komandalar bəzi vəzifələrin dayandırılması da daxil olmaqla, bu cür korporativ dəyişikliklər etməyə davam edir”.

Xatırladaq ki, “Google” 13 sentyabr 2023-cü ildə işə götürmə qruplarının sayını azaltmaq qərarına gəldiklərini elan edib.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor