DünyaSiyasət

Baydenin oğlundan Konqresə hörmətsizlik – CƏZALANDIRILACAQ

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden Konqresə hörmətsizlikdə ittiham oluna bilər.

 

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının müvafiq komitələri məlumat verib. Konqresmenlər qeyd ediblər ki, dekabrda Hunter Bayden tələb olunduğu kimi prezidentin impiçmenti üzrə məhkəmə prosesinə gəlməkdən imtina edib. Respublikaçıların istintaqını qanunsuz adlandırıb. Hunter Bayden təkid edib ki, ondan tələb olunduğu kimi bağlı qapılar arxasında deyil, yalnız açıq dinləmələrdə ifadə verəcək.

 

O, ABŞ-də Konqresə hörmətsizlik hesab edilən və məhkəmədə cəzalandırıla bilən qanunvericiliyin tələblərini pozub. Konqresmenlər impiçment işinin bir hissəsi kimi prezident Baydenin oğlunun biznesindən vəsait əldə edib-etmədiyini də öyrənmək niyyətindədir. (Musavat)

Tacxeber.com

Oxşar xəbərlər

Koçaryan prezident olarkən dövlətə məxsus qiymətli əmlakları bazar qiymətindən xeyli aşağı qiymətə özünküləşdirib

admin

Ermənistanda keçmiş prezident Robert Köçəryan və oğlu saxlanılıb

admin

Günün əsas xəbərləri

admin