19 C
Bakı
10 Oktyabr 2026 21:07
Cəmiyyət

“100 manat vurursan, 50 manat yüklənir” – Deputat qaz limitinə etiraz etdi

“100 manat vurursan, 50 manat yüklənir” – Deputat qaz limitinə etiraz etdi 

Qanun elə qəbul olunsun ki, buna sonradan hansısa bir yamaq vurulmasın.

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin son iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib.

“Ona görə də qanun layihəsi ilə bağlı hərtərəfli araşdırılma daha yaxşı olar. Biz burada yerli müəsissələrin taleyini düşünməliyik.

Qaz-işıq məsələsi bu gün insanlar üçün olduqca həssasdır.

Qaza qoyulan limit ləğv olunmalıdır. Qaz kartına 100 manat vurursan, avtomatik görürsən ki, 50 manat yüklənir. Bu, artıq camaatın cibinə girmək deməkdir.

Axı sən necə mənim vəsaitimin yarısını mənimsəyə bilərsən? Ona görə də limitlə bağlı məsələlərə də aydınlıq gətirilməlidir”.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə siqaretləri yalnız pasportla satmaq istəyir

redaktor

Pensiya kapitalın 5 faizi də belə gedir…

redaktor

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin