Cəmiyyətİdman

“Neftçi”nin baş məşqçisi Adrian Mutu təcili vətəni Rumıniyaya getdi.

“Neftçi”ni oyuna Adrian Mutu çıxarmayacaq.

“Neftçi” futbol klubunun baş məşqçisi Adrian Mutu Azərbaycan Kubokunun 1/8 final çərçivəsində keçiriləcək “Neftçi” – “Qaradağ Lökbatan” matçında iştirak edə bilməyəcək.

Buna səbəb baş məşqçinin anası Rodika Mutunun vəfat etməsi və onun Rumıniyaya yollanmasıdır.

“Neftçi Arena”da baş tutacaq qarşılaşmada komandanı görüşə baş məşqçinin köməkçiləri çıxaracaq.

Qeyd edək ki, “Neftçi” – “Qaradağ Lökbatan” matçına saat 18:00-da start veriləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

admin

Azərbaycanda saytların bloklanması asanlaşdırılır: “Bu, mediada özünüsenzuranı artıra bilər”

admin