CəmiyyətQalmaqal

Aytən Səfərova Murad Dadaşovu tənqid edən Kamran Həsənliyə cavab verdi.

Aytən Səfərova bununla bağlı instaqramında video yayımlayıb.

 

Aytən videoya “Xəzər TV”nin israrla bayağı olmasını İTV-də iddia edənlər zənnimcə bu günə qədər reklam fasiləsində qalıb verilişə qayıtmayanlardır. Və ya qaytarılmayanlar” sözlərini yazıb.

 

Bir necə gün öncə Kamran Həsənli İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində Xalq artisti, “Xəzər TV”nin rəhbəri Murad Dadaşovun “Biz bilirik ki, maarifləndirməliyik. Ayın sonunda 600-ə yaxın əməkdaşımız maaş almalıdır” sözlərinə belə münasibət bildirib:

 

“Murad Dadaşovun qəribə açıqlamasın eşitdim. Televiziya rəhbərləri televiziyanın rəzil gününü millətin aşağı səviyyəsinə bağlayırlar. Birbaşa milləti təhqir edirlər. Ədəbiyyatda Hüseyn Cavidi, Xəlil Rzanı, Mikayıl Müşfiqi yaradan millət günahkardır. Yəni onun səviyyəsi o qədər aşağıdır ki, axırda maaş verəcək deyə pis veriliş etməlidir ki, baxılsın. Bəlkə də dünyada yeganə xalq bizik ki, qürurla, açıqca deyirik ki, biz televizora baxmırıq”.

Tacxeber.com

Oxşar xəbərlər

Fatimə Mövlamlı: “Yazıma görə ailəmlə görüşlərimi ləğv edəcəklər”

admin

Giləzi-Quşçuluq”da 400 tondan artıq yararsız toyuq əti: direktor həbs edilib

admin

Süni intellekt insanlığın həyatı üçün təhlükəyə çevrilib

redaktor