23.7 C
Bakı
29 İyun 2026 01:36
DünyaSiyasət

Zelenski amerikalı senatorlar qarşısında çıxışını son anda ləğv etdi.

Ukrayna lideri Volodimir Zelenski çərşənbə axşamı, dekabrın 5-də Amerika senatorları ilə videobağlantı vasitəsilə planlaşdırdığı çıxışını son anda ləğv edib.

Bu barədə Senatdakı demokrat çoxluğun lideri Çak Şumerə istinadən məlumat yayıb.

“Zelenski, yeri gəlmişkən, bizim brifinqimizə gələ bilməyəcək – son anda nəsə baş verdi” deyib.

O qeyd edib ki, Zelenskinin səsvermədən əvvəl qapalı brifinq çərçivəsində video vasitəsilə çıxışı planlaşdırılıb və bu, qanunvericilərin Ukraynaya yeni vəsait ayırmağa razı olub-olmadığını müəyyən edəcək .

CNN jurnalisti Stiven Kollinson daha əvvəl demişdi ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) əks-hücum əməliyyatında uğur qazanmaması Kiyevin Vaşinqtondan gələcək maliyyələşdirilməsini sual altına qoyur və Moskvanın Qərbin Ukraynanı dəstəkləməkdən yorulacağına dair mərci hər gün daha real görünür.

Həmçinin, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermak bildirib ki, ABŞ yardımı yenidən gecikdirərsə , Ukraynanın Rusiya ilə münaqişədə uduzmaq riski yüksəkdir. (Unikal)

Tacxeber.com

Oxşar xəbərlər

Lavrov: “İlham Əliyev və Paşinyan BRİKS sammiti çərçivəsində görüşmək istəsələr, biz hazırıq”

redaktor

Putin: Bunlara qarşı birlikdə mübarizə aparmalıyıq

redaktor

Britaniya TARİXİNDƏ İLK: Qaradərili qadın partiya lideri olub

redaktor