Şou

“Zaurları məhkəməyə vermək istəyirəm” – Xalq artisti

Xalq artisti Zaur Rzayev açıqlaması ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, “Xeyirli axşamlar” proqramında yer alan müğənni Zaur adlı tanınmışları məhkəmə ilə hədələyib.

“Efirdə olan Zaurları məhkəməyə vermək istəyirəm. Bir dəfə Zaur Kamaldan soruşdum adı sənə kim qoyub? Etiraf etdi ki, bibim. Zaur Baxşəliyevə dedim adın hardandır? Qəsdən soruşdum ki, görüm,  etiraf edəcək. Cavab verdi ki, nənəm qoyub, sizi çox istəyirdi. Zaur Əmiraslanov da etiraf edib ki, sizdən gəlib. Bakıda məndən yaşlı Zaur yoxdur”, – Rzayev bildirib.

Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Şəbnəm Tapdıq müğənnilər Şəbnəm Tovuzlu və Şəbnəm Qəhrəmanovanı adlarına görə məhkəmə ilə hədələyib.

Tacxeber.com

Oxşar xəbərlər

Xoşqədəmin verilişində təəccüblü anlar: Müğənnini havaya qaldırdı – VİDEO

redaktor

Flora Kərimova Sevinc Heydərovanı Türkiyədə məhkəməyə verdi

redaktor

Prezidentin Lalə Məmmədovaya hədiyyə etdiyi ev – Video

redaktor