19 C
Bakı
12 Oktyabr 2026 01:02
Dünya

“Azərbaycanın Ukraynaya hərbi yardım göstərməsi xəbəri yalandır”

 

“Azərbaycanın Ukraynaya hərbi təyinatlı yardım göstərməsi ilə bağlı tirajlanan xəbər təmamilə yalandır”.

Tacxeber.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, Azərbaycan top mərmisi istehsal etmir və bu iddia sadəcə cəfəngiyyatdır.

“Azərbaycan humanizm prinsiplərini əsas götürərək Ukraynaya yalnız humanitar dəstək göstərir. Ukrayna bayrağı ilə jurnalist olduğu deyilən şəxsin çəkildiyi şəkilin Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Medianın İnkişafı Agentliyi olaraq yerli və xarici sosial media istifadəçilərini bu kimi cəfəng xəbərlərə ehtiyat və həssaslıqla yanaşmağa çağırırıq”,- məlumatda qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

İran məktəbli forması bəhanəsi ilə Azərbaycana şəriət qanunları tətbiq etməyə çalışır

redaktor

FETO-dən sonra “Erenköy Cemaati”

redaktor

Bağlı qapılar ardında…

redaktor