Siyasət

Ərdoğan: Netanyahu hərbi cani kimi mühakimə olunacaq

Ərdoğan: Netanyahu hərbi cani kimi mühakimə olunacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun son nəticədə hərbi cinayətkar kimi mühakimə olunacağını bildirib.

Tacxeber.com xəbər verir ki, o, eyni zamanda, Qərb ölkələrinin İsraili dəstəkləməsini tənqid edib.

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) komitəsinin iclasında çıxış edən Ərdoğan deyib ki, İsraili dəstəkləyən Qərb dövlətləri ona körpələrin qətlində qeyd-şərtsiz dəstək verir və onun cinayətlərində şərikdir.

Ərdoğan, soyqırım, insanlığa qarşı cinayət və müharibədə mühakimə olunan keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloşeviçin aqibətini xatırladıb:

“İndi Qəzzanın cəlladı olan Netanyahu, Miloşeviçin mühakimə olunduğu kimi, Qəzzanın cəlladı kimi mühakimə olunacaq”.

Tacxeber.com

Oxşar xəbərlər

Arkadi Dubnov: Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur

redaktor

“Tağı Əhmədovu bağışlamaq lazımdır” – Ziya Məmmədov

redaktor

Bakı ravvini Ermənistan yəhudilərini Azərbaycana sığınmağa çağırıb

redaktor