CəmiyyətİdmanQalmaqal

Millinin yeni baş məşqçisi ilə bağlı AFFA-dan ŞOK QƏRAR

AFFA rəhbərliyi millinin yeni baş məşqçisi ilə bağlı strategiyasını müəyyənləşdirib.

Tacxeber sportinfo-ya istinadla xəbər verir ki, Canni De Byazini əvəzləyəcək şəxs yerli olmayacaq. Artıq buna heç kim şübhə etməsin, məlumat kifayət qədər mötəbərdir.

 

Federasiya prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bəzi üzvlərinin təzyiq və təkidi ilə belə bir qərar qəbul edib.

Dünənə kimi yerli mütəxəssis variantına üstünlük verən federasiya başçısı artıq öz mövqeyini 180 dərəcə dəyişib.

 

Abdullayev yığmanın sükanı arxasına gələ biləcək xarici namizədlərin siyahısının tezliklə hazırlanmasına dair göstəriş verib. Bu məqsədlə yaradılan İşçi Qrupunun qısa müddətdə bir araya gəlməyi planlaşdırılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ronaldunu vida oyununa razı salmaq üçün Səudiyyə Ərəbistanına səfər?

admin

Batumda “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə: oyun yarım saat dayandırılıb

admin

BBC-də yəhudi əməkdaşlara ayrı-seçkilik iddiaları araşdırılacaq

admin