DünyaSiyasət

İran heyəti BƏƏ-dəki sammiti tərk etdi – Etiraz

İran nümayəndə heyəti bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya İqlim Fəaliyyəti Sammitini tərk edib.

Bu barədə sammitdə iştirak edən İranın energetika naziri Əli Əkbər Mehrabian məlumat verib.

Mehrabianın sözlərinə görə, İsrail Prezidenti İshaq Hersoq sammitə qatıldığı üçün ayrılmağa qərar veriblər.

“İran olaraq sionist İsrail rejiminin sammitdə iştirakının iqlim dəyişikliyi məsələsilə bağlı iclasın məqsədlərinə zidd olduğuna inanırıq. Buna reaksiya olaraq sammiti tərk etmək qərarına gəldik”, – nazir vurğulayıb. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Batumda “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə: oyun yarım saat dayandırılıb

admin

BBC-də yəhudi əməkdaşlara ayrı-seçkilik iddiaları araşdırılacaq

admin

Filip de Vinter, Flamand parlamentinin üzvü

redaktor