Sağlamlıq

Qadınlara xəbərdarlıq: Bu qidalardan uzaq durun, yoxsa…

 

Həddindən artıq şəkər, şirniyyat piylənmə və digər təhlükəli xəstəliklərin inkişafına kömək edir. Yadda saxlayın ki, sintetik dadlandırıcılardan istifadə sağlamlıq problemlərinə də səbəb ola bilər. Baldan da həddindən artıq istifadə etməməlisiniz, çünki onun tərkibində qadın hormonlarının səviyyəsini azaldan və kişi hormonlarının istehsalını artıran bor var.

Publika.az xəbər verir ki, bu sözləri mama-ginekoloq İdiliya Orfanova “Gazeta.ru”ya müsahibəsində bildirib. Mütəxəssisin sözlərinə görə, tərkibində çoxlu miqdarda trans yağlar olan marqarin qadınlar üçün çox zərərlidir. Bu maddələr xərçəng və piylənmə də daxil olmaqla çoxsaylı xəstəliklərə səbəb ola bilər.

Həkim qadının müntəzəm spirtli içki qəbulunun reproduktiv funksiyanın pisləşməsinə və hormonal disbalansa səbəb ola biləcəyini söyləyib. Orfanova xanımlara bulkaları və mayalı ağ çörəyi də rasiondan çıxarmağı tövsiyə edib.

“Bu cür məhsulların müntəzəm istifadəsi artıq çəki və əlaqəli xəstəliklərə səbəb ola bilər. Ağ çörək həvəskarlarında şəkər xəstəliyinə tutulma riskinin taxıl çörəyinə üstünlük verənlərə nisbətən 3 dəfə yüksək olduğu sübut edilib. Qadınlarda isə bu xəstəliyə tutulma riski onsuz da yüksəkdir”, – deyə ekspert bildirib.

Sonda o, hazır şorbaların, hazır əriştə və bulyon kublarının tərkibində ədviyyat və duzun çox olması səbəbindən qadın orqanizmində qastrit və ya xoraya səbəb ola biləcəyini vurğulayıb. O, bunu qadınlarda mədə qişasının daha zəif olması ilə izah edib.

Tacxeber.com

Oxşar xəbərlər

Baş ağrısının ən təhlükəli forması nədir?

redaktor

Mədə və bağırsaq üçün faydalı və zərərli qidalar – Ekspert açıqladı

redaktor

Həkim şəkərdən daha təhlükəli 3 məhsulun adını AÇIQLADI

admin