Dünya

Ryabkovdan HƏYƏCAN TƏBİLİ: “Rusiya ilə NATO arasında hərbi münaqişə baş verə bilər”

 

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya ilə NATO arasında silahlı münaqişənin baş verə biləcəyini istisna etməyib.

Tacxeber.comxəbər verir ki, diplomat bu barədə “İzvestiya” qəzetinə müsahibəsində danışıb.

Ryabkovun sözlərinə görə, mümkün eskalasiya tamamilə Şimali Atlantika Alyansının fəaliyyətindən asılıdır. Seçim tamamilə NATO-nun əlindədir.

Diplomat vurğulayıb ki, Rusiya əlində olan bütün vasitələrlə öz milli maraqlarını müdafiə etməyə hazırdır. O qeyd edib ki, Moskva üçün ən vacib istiqamətdə Rusiyanın maraqlarına sonsuz müdaxilə təhlükəli yoldur.

Ryabkov bildirib ki, Rusiyanın gücünü sınamaqda davam edən Qərb, görünür bəxşişləri (red: Ukraynaya hərbi yardım) artırmaq oyununda heç bir məhdudiyyət olmadığına inanır.

“Amma bu qüvvələr itirənlər arasında ola bilər”, – nazir müavini xəbərdarlıq edib.

Tacxeber.com

Oxşar xəbərlər

Nüvə silahı: İran yaxınlaşır, Türkiyə tərəddüddə

redaktor

Artıq Ukrayna Rusiyanın xaricdə dondurulmuş aktivlərininin gəlirlərini əldə etdi.

admin

Hökumət deyil e, təlxəklər truppasıdır.

redaktor