22.6 C
Bakı
29 İyun 2026 07:41
DünyaSiyasət

Ukraynada Koreya variantı: Zelenski qorxur, Bayden özünü xilas edir

Qərb ölkələri Ukraynadakı münaqişənin Koreya variantı ilə həllinə ümid edir.

Bu barədə jurnalist Enn Applebaum Amerikanın “The Atlantic” jurnalı üçün yazdığı məqalədə bildirib.

Onun fikrincə, mümkün variant danışıqlar zamanı hazırkı cəbhə xətti boyunca sərhədlərin “dondurulması”dır. Eyni zamanda, ABŞ və müttəfiq ölkələr Ukrayna ərazisində təhlükəsizliyin təminatı kimi təqdim oluna bilən NATO bazalarının təşkili planlarını açıq şəkildə həyata keçirirlər.

Applebaumun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Zalujnının cəbhədəki “dalana dirənmə” ilə bağlı son məqaləsi atəşkəsin zəruriliyi ilə bağlı müzakirələrin yenidən başlanmasına səbəb olub.

Əvvəllər xarici analitiklər artıq qeyd etmişdilər ki, cəbhə xətti boyunca sərhədlərin möhkəmləndirilməsi və Ukrayna hakimiyyətinin artıq ona aid olmayan rayonlara sahiblik iddiasından imtinası ilə Koreya variantı Vaşinqtonun üzünü xilas etmək üçün ən yaxşı variantdır. Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski ölkənin Koreya xətti ilə parçalanacağından qorxur. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

“Şimali Koreya qoşunlarının hücumları nə ilə bitəcək?” – ISW

redaktor

Qırmızı dənizdə 100-dən çox gəmiyə hücum edilib – Pentaqon

redaktor

Ukrayna dronları Rusiya hava limanlarının işini iflic edib

redaktor