Dünya

“Belə məmurları işdən çıxarmağa başlayacam” – Kadırov

“Belə məmurları işdən çıxarmağa başlayacam” - Kadırov 

“Mən belə məmurları işdən çıxarmağa başlayacam”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bildirib.

“Biz çeçen dilinin populyarlaşdırılması üçün çox iş görürük. Amma elə olur ki, mənim komandamın nümayəndələrinin övladları çox vaxt çeçen dilini bilmirlər. Mən komandamdan belə məmurları işdən çıxarmağa başlayacağam”, – deyə Çeçenistan rəhbəri bildirib.

Kadırov qeyd edib ki, uşaqlara çeçen dilini ilk növbədə valideynləri öyrətməlidir, çünki uşaq bağçalarında və məktəblərdə əsas diqqət rus dilinin öyrənilməsinə verilir.

Tacxeber.com

Oxşar xəbərlər

Bu ayın sonunda biz USQ-nin Rusiya ərazisin kütləvi zərbələrini görəcəyik

admin

Fransa qışa “hazırdır”: 10 milyon insan işıqsız qalacaq Dünya

redaktor

Laçında Kardaşyanın pulu ilə tikilən evlər – VİDEO

redaktor