Kriminal

Bəxtiyar Hacıyevə əlavə ittiham verildi

Bəxtiyar Hacıyevə əlavə ittiham verildi 

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə əlavə ittiham verilib.

Tacxeber.comxəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, B.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Daha əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham verilib.

Tacxeber.com

Oxşar xəbərlər

İranlı zəvvarların çantalarında insan skeletləri aşkarlandı.

admin

Bakıda DƏHŞƏT: keçmiş arvadını və oğlunu güllələyən şəxs tutuldu

admin

Rəşadın öldürdüyü şəxs 15 gün əvvəl azadlığa çıxıbmış

admin