Kriminal

Bəxtiyar Hacıyevə əlavə ittiham verildi

Bəxtiyar Hacıyevə əlavə ittiham verildi 

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə əlavə ittiham verilib.

Tacxeber.comxəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, B.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Daha əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham verilib.

Tacxeber.com

Oxşar xəbərlər

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Azərbaycanda general 10 il sonra azadlığa çıxdı

redaktor

Bu iki monstr 7 milyondan çox insanın qətlində birbaşa məsuliyyət daşıyır

redaktor