14 C
Bakı
26 Oktyabr 2026 03:48
Cəmiyyət

Məhkumlar məzuniyyətə buraxılırlar: Penitensiar Xidmətdən yenilik

 

Məhkumlar məzuniyyətə buraxılıb.

“Unikal”ın məlumatına görə, Penitensiar Xidmətin qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısamüddətli səfərə buraxılıblar.

Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməyib, məhkumlar yaxınları ilə görüşüb, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıdıblar.

Məlumata əsasən, indiyədək səkkiz nəfər məhkum ailə üzvlərini ziyarət edib və geri qayıdıb.

Məlumatı Penitensiar Xidmətdən də təsdiqləyiblər.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Mərdəkanda liderlik savaşı – “Qarabağ” “Sabah”a qarşı

admin

Ağ rəngə divan tutan Qulu Məhərrəmli…

redaktor

Rövşən Nəcəf eşqbazlığı dillərə dastan olan kadrından VAZ KEÇİR?

admin