22.2 C
Bakı
10 İyun 2026 03:29
Gündəmİdman

“Qarabağ” nə vaxt Xankəndidə meydana çıxacaq?

“Qarabağ”ın bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndidə keçirəcəyi ilə bağlı rəsmi məlumat yoxdur.

Bunu Axar.az-a açıqlamasında “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

AFFA-nın mətbuat katibi Elnur Məmmədli də qurumda bu barədə rəsmi məlumatın olmadığını bildirib:

“Qarabağ”ın oyunlarının Xankəndidə keçirilməsi ilə bağlı hər hansısa göstəriş verilməyib. Bu barədə rəsmi məlumatımız yoxdur”.

Qeyd edək ki, “Qarabağ”ın bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndidə keçirəcəyi ilə bağlı məlumat yayılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Ülvi Quliyevin Avropada oğlunun adına olan mülkləri alınır: Oliqarx deputat London Məhkəməsinin hədəfindədir.

admin

Bir könüllünün faciəsi və müharibə kölgəsində ədalət sualı

redaktor

Durum qarışıq, mürəkkəbdir…

redaktor