19 C
Bakı
10 Oktyabr 2026 10:57
Gündəmİdman

“Qarabağ” nə vaxt Xankəndidə meydana çıxacaq?

“Qarabağ”ın bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndidə keçirəcəyi ilə bağlı rəsmi məlumat yoxdur.

Bunu Axar.az-a açıqlamasında “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

AFFA-nın mətbuat katibi Elnur Məmmədli də qurumda bu barədə rəsmi məlumatın olmadığını bildirib:

“Qarabağ”ın oyunlarının Xankəndidə keçirilməsi ilə bağlı hər hansısa göstəriş verilməyib. Bu barədə rəsmi məlumatımız yoxdur”.

Qeyd edək ki, “Qarabağ”ın bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndidə keçirəcəyi ilə bağlı məlumat yayılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Din – Siyasətdir…

redaktor

“Zamanla Ramiz Rövşənin tərcümeyi-halı gizlində “itaət”ə öyrəşdi…” — Emil Rasimoğlu yazır…

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin