İdman

“MMA ilə əlaqəli hər şeyi tamamilə tərk etmişəm”

Mütləq Döyüş Çempionatının (UFC) keçmiş çempionu Həbib Nurməhəmmədov sosial şəbəkələrdə İslam Maxaçevlə avstraliyalı Volkanovski arasında döyüşdə iştirak etməməsindən danışıb.

Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Nurməhəmmədovun sözlərinə görə, o, qarışıq döyüş növləri ilə bağlı fəaliyyətlərdən tamamilə imtina etdiyi üçün döyüşə qatılmayıb:

“Hazırda dünyanın ən yaxşı döyüşçüsü, qardaşım, səni sevirəm və təbrik edirəm. Məndən soruşsanız, niyə küncdə deyildim, bu suala artıq cavab vermişəm. Döyüşə getmirəm, küncdə olmuram və MMA ilə əlaqəli hər şeyi tamamilə tərk etmişəm. Sizdən xahiş edirəm ki, mənim qərarımı qardaşlarım, dostlarım və sparrinq partnyorlarım qəbul etdikləri kimi qəbul edəsiniz”.

Xatırladaq ki, Nurməhəmmədov peşəkar qarışıq döyüş sənətçisi kimi karyerasını 2020-ci ilin oktyabrında başa vurub. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor

Türkiyə millisi DÇ-2026-ya qələbə ilə vida etdi, Fransa Norveçə qarşı

admin