DünyaKriminal

ABŞ-də yəhudi icmasının lideri ÖLDÜRÜLDÜ.

ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərinin mərkəzində “Isaac Agree Downtown” sinaqoqunun qəyyumlar şurasının sədri Samanta Uoll evinin yaxınlığında ölü tapılıb. Onun bədənində çoxsaylı bıçaq xəsarətlərinin izləri aşkar edilib.

 “Detroit Free Press” xəbər verir ki, Detroyt polisinin məlumatına görə, qan izi hücumun 40 yaşlı qurbanın evində baş verdiyini göstərir.

Detroyt meri Mayk Daqqen “Detroytun gənc liderlərindən birinin” ölümündən sarsıldığını bildirib.

Nəşrin qeyd edib ki, Uoll 2022-ci ildən sinaqoqa rəhbərlik edir. Əvvəllər o, seçki kampaniyalarında iştirak edib və bir neçə demokrat siyasətçinin müşaviri olub.

Cinayətkarın və ya cinayətkarların hərəkətlərinin motivləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (Modern)

Tacxeber.com

Oxşar xəbərlər

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Rusiya-Ukrayna münaqişəsində nə baş verir

redaktor

Bu onun ilk və son dəfə təyyarəyə minməyi idi

admin