14 C
Bakı
11 Oktyabr 2026 10:36
Sağlamlıq

Bananın insan orqanizminə faydaları

 

Banan immunitet sisteminin fəaliyyətini yaxşılaşdıran zəngin B6 vitamini mənbəyidir.

Tacxeber.com xəbər verir ki, bunu diyetoloq Veronika Qusakova bananın faydalı xüsusiyyətlərindən danışan zaman deyib.

“B6 vitamini yüksək olan banan xüsusilə artrit və astma xəstələri üçün faydalıdır. Bundan əlavə, onun yüksək tərkibi orqanizmdə iltihabı azaltmağa və immun sisteminin fəaliyyətini yaxşılaşdırmağa kömək edir”, – deyə mütəxəssis bildirib.

Qusakova əlavə edib ki, bananın tərkibində B qrupunun digər vitaminləri, həmçinin A və C vitaminləri, maqnezium, kalium, silikon, fosfor, dəmir şəklində mikroelementlər var. Bu məhsul sümükləri və oynaqları gücləndirməyə, böyrək və ürək funksiyalarını dəstəkləməyə kömək edən zəngin bir kalium mənbəyidir.

Bananın dezavantajlarından biri isə onun yüksək kalorili olması və şəkərin bolluğudur. Yadda saxlamaq lazımdır ki, banan nə qədər yetişsə, bir o qədər şəkərlidir və glisemik indeksi bir o qədər yüksəkdir. Kəmiyyətinə diqqət yetirərək daha az yetişmiş banan yemək daha yaxşıdır.(Qafqazinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor

İcbari Tibbi Sığorta və həkimin vicdan sınağı

redaktor

Məşhur immunoloq “mükəmməl sağlamlığın” sirrini tapdı

redaktor