Dünya

“Vaşinqton Ukraynaya yardımı dayandırmayacaq“ – Bayden

“Vaşinqton Ukraynaya yardımı dayandırmayacaq“ - Bayden 

Vaşinqton hesab edir ki, Ukraynaya hərbi yardımın göstərilməsi Amerikanın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir və onu dayandırmaq niyyətində deyil.

Tacxeber.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden dünən axşam Ağ Evdə həmvətənlərinə televiziya ilə müraciət edərkən bildirib.

“Mən bilirəm ki, bu münaqişələr çox uzaq görünə bilər. Sual etmək təbiidir ki, bu, Amerika üçün niyə əhəmiyyət kəsb etməlidir? İcazə verin, sizə deyim ki, İsrail və Ukraynanın uğurunun təmin edilməsi nə üçün Amerikanın milli təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir”, – Amerika lideri bildirib. O, əmin edib ki, Birləşmiş Ştatlar Kiyevə hərbi yardımı “dayandırmayacaq”.

Tacxeber.com

Oxşar xəbərlər

Marqus Tsaxkna: “Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var”

redaktor

Kim Çen In həyat yoldaşı ilə Bakı doğumlu Larisa Dolinanın konsertində olub

admin

“Beşiktaş” hadisələrindən kənar daha bir Türkiyə qalmaqalı: milyardlıq mərc əməliyyatında 21 həbs

admin