18 C
Bakı
11 Oktyabr 2026 02:16
CəmiyyətŞou

Üzrxahlığı qəbul olunmayan Əli Mirəliyev: “Daha nə deyim, bu barədə danışmaq istəmirəm”

“Mən dediyim sözlərə aydınlıq gətirmişəm və üzrxahlıq da etmişəm”.

Həyat yoldaşı tərəfindən qətlə yetirilən müğənni Yaqut Nəriman haqqında söylədiyi “Sağ ikən Yaqut içkili halda mənə zəng vurmuşdu, o, artıq yolunu azmışdı” sözlərinə görə mərhumun bacısı müğənni Əli Mirəliyevi məhkəmə ilə hədələyib.

Məhkəmə təhdidi ilə bağlı mövqeyini öyrənmək üçün əlaqə saxladığımız müğənni Əli Mirəliyev Yenicag.az-a açıqlamasında bu barədə danışmaq istəmədiyini deyib:

“Çox xahiş edirəm, bu mövzuda mənə suallar verməyin. Danışmaq istəmirəm. Mən dediyim sözlərə aydınlıq gətirmişəm və üzrxahlıq da etmişəm. Daha nə deyim?”

Müğənni dediyi sözlərə görə peşmanlığını bildirərək üzr istəsə də, mərhum sənətçinin bacısı ailəsi tərəfindən onun üzrxahlığının qəbul olunmadığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə siqaretləri yalnız pasportla satmaq istəyir

redaktor

Pensiya kapitalın 5 faizi də belə gedir…

redaktor

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin