22.8 C
Bakı
10 İyun 2026 00:30
Cəmiyyət

Qazaxda şagirdlər pirə aparıldı, qalmaqal qopdu

Qazaxda şagirdlər pirə aparıldı, qalmaqal qopdu

Qazax rayon Cəfərli kənd tam orta məktəbinin şagirdləri rayondakı pirlərdən birinə aparılıb və “dilək ağacı” ətrafında onların fotosu çəkilib.

Tacxeber.com APA-ya istinadla xəbər verir ki, bu barədə məktəbin “Facebook” səhifəsində foto paylaşılıb və ictimai qınaqlardan sonra foto silinib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən məsələyə aydınlıq gətirilib.

İdarədən bildirilib ki, Qazax rayon Cəfərli kənd tam orta məktəbi şagirdlərinin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib.

“Həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yalnışlıqla məktəbin rəsmi “Facebook” səhifəsində paylaşılıb”, – deyə cavabda qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Nərimanovda səki restorana satılıb? – FOTOLAR

redaktor

Deputat minimum əmək haqqının artımının fərdi sahibkarlara təsirindən danışdı: “Bütün insanlar udacaq…”

redaktor

Kəmaləddin Heydərova güvənən başçı belə bir dönəmdə Şəhid Ailəsini ƏZİR… – AYIBDIR, VALLAH…

admin