18 C
Bakı
11 Oktyabr 2026 02:20
Cəmiyyət

Ölkədən getdiyi deyilən Şəmsi Səmədzadə danışdı

Ölkədən getdiyi deyilən Şəmsi Səmədzadə danışdı

Bir neçə gün öncə sosial şəbəkələrdə qeyri-etik videosu yayılmaqda adı hallanan Şəmsi Səmədzadə Bakı Beynalxalq Hava Limanında fotosunun yayılmasına münasibət bildirib. Qeyd edib ki, bu xəbər də tamami ilə əsassızdır və o Bakı şəhərindəki evindədir.

Tacxeber.com Publika.az-a istinadən xəbər verir ki, o, açıqlamasında yayılan məlumatların əsassız olduğunu bildirib. Şəmsi Səmədzadə şəhəri tərk etmədiyini, Bakıdakı evində olduğunu deyib.

“Bu cür xəbərlərin necə və hardan qaynaqlandığını bilmirəm. İndidə foto yayıblar ki, guya mən Türkiyə respublikasına getmək üçün aeroporta gəlmişəm. Tamami ilə yalandır! Mən iş adamıyam. İstənilən vaxt hava limanına gedə bilərəm. Dostum gəlirdi Gürcüstandan onu qarşılaşmışam. Hazırda Bakıdayam, evimdəyəm. Bu cür yalan xəbərlərin yayılmasına isə sadəcə təəssüf edirəm. Bir daha təkrar edirəm. Bakıdayam, bir neçə günə qayıdacam işimin üstünə”,- deyə Ş.Səmədzadə bildirib.

Məlumat üçün qeyd edək ki, yayılan fotoda Şəmsi Səmədzadənin hava limanının içərisində qapalı yerdə kepka və eynək taxması da diqqət çəkib. Bundan əlavə iş adamının Türkiyə Respublikasına girişinə qadağa qoyulduğu da deyilir.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə siqaretləri yalnız pasportla satmaq istəyir

redaktor

Pensiya kapitalın 5 faizi də belə gedir…

redaktor

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin