19 C
Bakı
10 Oktyabr 2026 13:19
DünyaGündəm

İsrail ordusu HƏMAS-ın yüksək vəzifəli qadın üzvünü zərərsizləşdirib

İsrail ordusu HƏMAS-ın yüksək vəzifəli qadın üzvünü zərərsizləşdirib

 

İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksək vəzifəli qadın üzvü olan Cəmilə əl-Şantini zərərsizləşdirib.

68 yaşlı siyasətçi HƏMAS-ın Siyasi Bürosunun ilk qadın üzvü, təşkilatın qadın qolunun yaradıcısı olub.

Qəzzada İslam Universitetində müəllim işləmiş Cəmilə əl-Şanti 2006-cı ildə HƏMAS-dan parlamentə deputat seçilib. Eyni zamanda 2021-ci ildə qadın məsələləri üzrə nazir təyin olunub.

O, İsrail hökumətinin vaxtilə zərərsizləşdirdiyi HƏMAS lideri Əbdül Əziz əl-Rantisinin həyat yoldaşıdır.

Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 4475 İsrail vətəndaşı yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. Ölənlərdən 8 nəfər azərbaycanəsillidir.

Tacxeber.com

Oxşar xəbərlər

Yəməndə dəyişən hərbi-siyasi vəziyyət “Məkkə sazişi”ni ilk ciddi sınaq qarşısında qoyur

redaktor

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin

Zelenski Vaşinqtonu sərt tənqid etdi

redaktor