DünyaSiyasət

İmran Xan edam oluna bilər.

Pakistan hökumətinin keçmiş rəhbəri, (Ədalət Uğrunda Hərəkat müxalifət partiyasının sədri İmran Xanın dövlət sirlərini açıqladığı sübut olunarsa, siyasətçi ömürlük həbs və ya ölüm cəzası ilə üzləşə bilər.

Bunu İslamabad Ali Məhkəməsində keçirilən dinləmə zamanı xüsusi dövlət ittihamçısı Raca Rizvan Abbasi deyib.

“İmran Xan şifrlənmiş çox məxfi məlumatları açıqlayıb və “Dövlət sirləri haqqında” qanunun 5-ci maddəsinə əsasən, o, 10 ildən çox müddətə azadlıqdan məhrumetmə, ömürlük həbs və ya ölüm cəzasına məhkum edilə bilər”, – Abbasi deyib.

Pakistanın dövlət sirrinin pozulması ilə bağlı işlərə baxan Xüsusi Məhkəməsi oktyabrın 17-də Xana qarşı rəsmi ittihamlar irəli sürəcək. Bu işdə təqsirləndirilən digər şəxs isə partiyanın sədr müavini, keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşidir. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Marqus Tsaxkna: “Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var”

redaktor

Kim Çen In həyat yoldaşı ilə Bakı doğumlu Larisa Dolinanın konsertində olub

admin

“Beşiktaş” hadisələrindən kənar daha bir Türkiyə qalmaqalı: milyardlıq mərc əməliyyatında 21 həbs

admin