19 C
Bakı
10 Oktyabr 2026 21:58
İqtisadiyyat

Bolqarıstandan Rusiya qazının tranzitinə VERGİ.

Bolqarıstan Rusiya qazının öz ərazisindən tranzit axınına vergi tətbiq edib və bu, onsuz da narahat olan Avropa qaz bazarında yeni qeyri-sabitlik dalğasına səbəb olub.

“Bloomberg” xəbər verir ki, qüvvəyə minmiş qanuna əsasən, Bolqarıstan tranzitlə nəql edilən Rusiya qazının hər meqavat-saatına görə 20 lev (10,76 ABŞ dolları – red.) vergi tutacaq. Bu, Amsterdamdakı Avropa qovşağında qazın qiymətinin təxminən 20%-ni təşkil edir.

Bolqarıstan öz ehtiyacları üçün Rusiya qazını idxal etməsə də, Macarıstan, Serbiya və Avropanın cənubundakı digər ölkələrə nəql olunan boru kəmərinin əhəmiyyətli bir hissəsi ondan keçir. Yeni vergi, tədarükün kəsilməsi təhlükəsi səbəbindən onsuz da təlatümlü bazara qeyri-müəyyənlik əlavə edir. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

İranda iqtisadi iflas prosesi başlayıb – Neft naziri niyə istefa verib?

redaktor

Pul kütləsi niyə sürətlə artır? Hansı risklər var?

redaktor

ABŞ-dan Rusiyaya gözlənilməz zərbə…

admin