Dünya

Yunanıstandan ABŞ-a inanılmaz yaltaqlıq

Yunanıstandan ABŞ-a inanılmaz yaltaqlıq

 

Yunanıstan ABŞ-ın rəğbətini qazanmaq üçün İsrail-HƏMAS müharibəsinin günü-gündən şiddətləndiyi vaxtda gözlənilməz bir addım atıb.

Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan “PSARA” adlı freqatını ABŞ hərbi gəmisinin yanında İsrail sahillərinə göndərmək qərarına gəlib.

Bildirilib ki, “PSARA” freqatı ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisi qrupuna qoşulmaq üçün yola düşüb.

Bu halda Yunanıstan rəsmən müharibədə iştirak edən ölkələrdən biri ola bilər.

Son saatlarda Yunanıstan mətbuatında yer alan bu xəbərin doğruluğu ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir rəsmi açıqlama verilməyib.


Oxşar xəbərlər

Marqus Tsaxkna: “Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var”

redaktor

Kim Çen In həyat yoldaşı ilə Bakı doğumlu Larisa Dolinanın konsertində olub

admin

“Beşiktaş” hadisələrindən kənar daha bir Türkiyə qalmaqalı: milyardlıq mərc əməliyyatında 21 həbs

admin