14 C
Bakı
11 Oktyabr 2026 10:33
Cəmiyyət

“Telegram”da açdığı pornokanala görə həbs edildi

 

“Telegram” sosial şəbəkəsində pornoqrafik kanal yaradan daha bir gənc məsuliyyətə cəlb olunub.

“Qafqazinfo” xəbər verir ki, pornoqrafik materialların yayılması ilə məşğul olan Siyəzən sakini, 2000-ci il təvəllüdlü A.Muradov (şərti) barəsində cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialların qanunsuz yayılması) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, ailəli və ali təhsilli olan A.Muradov daha əvvəl törətdiyi başqa xarakterli cinayətə görə şərti azadlıqda olub. O, sınaq müddətində teleqramda kanal yaradaraq buraya çoxsaylı foto və videoları toplayıb. Səhifənin 5-6 min nəfərədək izləyicisi olub, həmçinin reklam paylaşımları edilib.

Məhkəmə A.Muradovun sınaq müddətində yenidən cinayət tərkibli əməl törətməsini nəzərə alaraq bu dəfə ona daha ağır cəza təyin edib. Siyəzən Rayon Məhkəməsinin 10 oktyabr tarixli hökmü ilə 23 yaşlı oğlana 1 il 6 ay internetdən istifadə etməklə proqram təminatları yaratmaq və onlara xidmət göstərmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, daha əvvəl də “Telegram”da pornoqrafik kanallar açan bir neçə gənc cinayət məsuliyyətinə cəlb edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə siqaretləri yalnız pasportla satmaq istəyir

redaktor

Pensiya kapitalın 5 faizi də belə gedir…

redaktor

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin