Şou

Həm Aygün Kazımovaya, həm də aparıcıya söz atdı

Həm Aygün Kazımovaya, həm də aparıcıya söz atdı

Aparıcı Rövşanə Ağasəfqızı Xalq artisti Aygün Kazımova barədə açıqlaması ilə gündəmə səs salıb.

Tacxeber.com Bizim.Media-ya istinadən xəbər verir ki, o, qonaq olduğu “Günə son” verilişində estrada ulduzunun keçirdiyi əməliyyatdan söz açıb.

Ağasəfqızı bildirib ki, Kazımova plastik əməliyyatlardan əvvəl daha gözəl olub: “Aygün xanımın özünə də, sənətinə də böyük hörmətim var. Amma bu xanım əməliyyat etdirməmiş daha gözəl idi”.

Rövşanə daha sonra verilişin aparıcısı Ülvira Qarayevaya söz atıb. O bildirib ki, Qarayeva əməliyyat keçirərək özünü Aygün Kazımovaya oxşadıb.

Buna cavab olaraq Ülvira deyib: “Mənim üçün şərəfdir, o cür gözəl Aygün xanıma oxşamaq”.

Tacxeber.com

Oxşar xəbərlər

Mətanət Xalq artisti ilə meyxanaçını tanınmaz hala saldı – Fotolar

redaktor

Əli Mirəliyevə inzibati protokol yazıldı

redaktor

Flora Kərimova bu dəfə aparıcını dodağından öpdü – Video

redaktor